Çingiz Şahbazi: "Riyakarlıqdır bunun adı!"
İşğalçı hakimiyyəti dəstəkləyən rus xalqı, səfərbərlik qərarından sonra ,,müharibəyə yox" deməyə başladı. Hətta, ölkədən qaçmağa üstünlük verənlər yüz minlərlədir.
Maraqlıdır, müharibə yeddi aydır davam edir, ,,Müharibəyə yox,, şüarı indimi yadınıza düşdü?
Ukraynada günahsız insanlar evindəcə qətlə yetirilir. Onlar sizlərdən biri və yaxud sizin kimi müharibə istəməyən insanlar deyilmi? Onlar üçün müharibəyə yox, demək lazım deyilmiydi? Axı onları qətlə yetirənlər də elə sizin indi şikayət etdiyiniz, hakimiyyətiniz və sizin ordunuzdur.
Riyakarlıqdır bunun adı! Riyakarlıq isə işğalçıdan da təhlükəli sifətdir!
Paralel.az