İcra başçısının həbs olunacağı iddia edilir

İcra başçısının həbs olunacağı iddia edilir
 

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin həbs olunacağı barədə xəbər dolaşır.

Məlumat verən mənbə iddia edir ki, yaxın günlərdə icra başçısı işdən çıxarılacaq. Ardınca Asif Ağayev həbs ediləcək.

"Paralel.az" bildirir ki, bu barədə RealMedia.az saytı xəbər verir. Mənbənin iddiasına görə, Asif Ağayev Beyləqan rayonuna ayrılan dövlət vəsaitlərini bir qrup vəzifəli şəxslərlə əlbir mənimsədiyinə görə, barəsində cinayət işi açılıb, istintaq gedir.

Həbs olunacağı xəbəri yayılan icra başçısı Asif Ağayevlə yanaşı, icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri və mənimsəmədə iştirak edən bir qrup vəzifəli şəxslərin də həbs ediləcəyinin gözlənildiyi bildirilir.

Sayt qeyd edir ki, bir neçə ay əvvəl Respublikanın Baş Prokurorluğu tərəfindən Beyləqan rayon icra hakimiyyətinin başçısı və ayrı-ayrı vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət açılıb və istintaq aparılır. 

Bir müddət əvvəl cinayət işi ilə əlaqədar olaraq icra başçısının istintaqa çağırılıb sorğulandığı və ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçildiyi xəbəri yayılmışdı.

Beləliklə, rayonda yayılan xəbərə görə, 5 il Şamaxıda və 4 il Beyləqanda icra başçısı vəzifəsində çalışan Asif Ağayev son 4 ildə Beyləqan rayonuna prezident tərəfindən və dövlət büdcəsindən tikinti-abadlıq üçün ayrılmış külli miqdarda vəsaiti məniməsi faktları vətəndaşın şikayət əsasında Baş Prokurorluq tərəfindən araşdırılıb və başçı ilə bərabər mənimsəmədə iştirak etmiş dəstənin həbs olunmasının yaxın günlərdə gerçəkləşəcəyi bildirilir.

Mənbə: RealMedia.az

"Paralel.az"

 

0.01950216293335