Qalstuka ümid obyekti kimi baxanlar 

Qalstuka ümid obyekti kimi baxanlar 
 

Hələ də qalstuka və kostyuma nicat mənbəyi kimi baxan, qalstuklu, kostyumlu adam görəndə səcdə edən, əriyib gedənlər var.

Kostyum geyinib qalstuk bağlayanı vəzifəli, pullu, imkanlı sanıb bir yaltaqlanırlar ki, gəl, görəsən!

Daha düşünə bilmirlər ki, milyonçular var ki, cındırlarından cin hürkür. Kasıb da var ki, özünü sındırmır, elə məğrur görünür ki, deyirsən, bəs qapısından donuzu əskikdir.

Eyni adam səhərisi gün qalstuksuz, kostyumsuz olanda salamını da almırlar. Bunun mən canlı şahidi olmuşam. Formaya, şəklə inancın beyinlərdə kök salması çox üzücü, həm də təhlükəlidir.

İlahi çağırış: İnsanları görkəminə, geyiminə görə yox, məğzinə, mahiyyətinə, əməlinə görə mühakimə edin!

Paralel.az

0.018534898757935