Şəhidlər ölmür, cənnətə köçür - Əbədi cənnət sakinləri
Azərbaycan şəhidlərini cənnətə uğurlayır
Torpaq analar anasıdır. Ona görə də torpağa mahnımızda da "anamızın anası" deyirik.
Bütün canlıların torpaqdan yaranıb və torpağa qayıtması isə, heç kimə sirr deyil.
Şəhidlərin torpağa qayıtması sıravi insanın torpağa qayıdışından köklü şəkildə fərqlənir. Şəhidlər Yaradanın, Tanrının yanında çox böyük hörmət sahibidirlər. Allah rəhmətini şəhidlərdən heç zaman əsirgəməz, in şaa Allah!
Azərbaycan torpaqları əcdadlarımızın, dədə-babalarımızın, bizdən əvvəlki nəsillərin qanı ilə yoğrulmuş, qan ilə suvarılmış müqəddəs əmanətdir...
"Torpaq, uğrunda ölən varsa, Vətəndir" kəlamı heç də, elə belə boşuna deyilməyib, bu kəlam xalqımızın bağrından qopan alovdu, oddu, atəşdi, haraydı! Bu kəlam bir-birinin ardınca karvan-karvan gələn nəsillərə xalqımızın vəsiyyətidir, əbədi çağırışıdır...
Dünyada düşmənlərimizin sayı çoxdur və çox məkrlidirlər. Ermənilər dünyada sayı beş yüz mindən çox olan Türkə düşmənçilik edə, təbii ki, heç vaxt Türkün qarşısında dura bilməz. Dünyada vur-tut on min civarında olan bir ovuc ermənidən Türkə düşmən, istəsə belə, bu nadan erməni toplumunun arxasında məkrli dünya sümürgənləri rus, ingilis, fransız, fars barmağı var və çoxsaylı quduz düşmənlərin dayanması var...
Nə isə, düşmənin nadanlığı danışmaqla, yazmaqla bitməz, tükənməz. Bitməsi heç mümkün də deyil. Axı nəfslə idarə olunan fani dünyanı qan gölünə çevirən şeytan çubuğunun sehri hələlik ermənisevənlərin xeyirinə işləyir...
Allahdan ŞƏHİDLƏRİMİZƏ rəhmət diləyirəm və hər bir ŞƏHİD anasının və ailəsinin qarşısında baş əyirəm!
Paralel.az