Kəmalə Abiyeva: "Heç kim müharibə istəmir"

Kəmalə Abiyeva:
 

Heç kim müharibə istəmir. Heç kim! 

Və bu böyük arzudur. Başadüşüləndi. Belə olmalıdı. Amma bizim çox ağrılı tariximiz var. Azca oxumaq lazımdı sadəcə. 

Mən, bəs prezident belə deyirdi, elə deyirdi deyənləri anlamıram. Bu Əli Kərimli təbliğatını anlamıram. 

Adam nə istəyirsən? Birinci savaşda sapsağlam oğlan idin. Niyə döyüşə getmədin? Vəzifə istəyirdin çünki. AXC-yə inanan yüzlərlə saf, təmiz vətən sevdalı oğulları qurban verdiz hakimiyyət davanıza. 

Rusiya, İran var. Bizim də parçalanıb qalan bir kiçik dövlətimiz. Prezidenti sevmirsən sevmə. Vətəni sev! İnsanın vətən sevgisi nə məmurla, nə prezidentlə bağlı deyil. Həm də nə qədər qanmayasan ki, indiki halda siyasətin düz olduğunu anlamayasan. İndi guya bəzilərinin ürəyi yanır "kasıb uşaqlar"ıdı deyə həşir salır. 

Siz bir 60 yaşında ayağını güclə çəkən, bir əli işləməyən Birinci savaşın qazisinin "məni döyüşə aparın" deyib dava salmağını da görün, nə olar...

Onlar məmuru düşünmür, xalqın qürurunu düşünür.

Paralel.az

0.017838001251221