Ərastun Oruclu: "Artıq bunu anlamağın vaxtıdır"

Ərastun Oruclu: 
 

"Deyəndə ki, Tərtər qətliamı Azərbaycanı ya xilas edəcək, ya da məhv edəcək, bir çoxları buna skeptik yanaşırdılar. Yəqin ki, son günlər baş verənləri müşahidə edənlər artıq buna şübhə etmirlər.

Problem həm də ondadır ki, istintaqı sabotaj edənlər diqqəti Tərtər qətliamından yayındırmaq üçün artıqları ağılsız addımlarla ona diqqəti daha da artırırlar. Bu da öz növbəsində o deməkdir ki, Əsrin Cinayətinə görə məsuliyyətdən qaçmaq mümkün olmayacaq.

Vəziyyətin getdikcə ağırlaşmağından qaçmağın yeganə yolu zəruri hüquqi addımları atmaqdır. Qalan bütün hallarda hər cür çapalamalar ancaq daha dərinə batmaqla nəticələnəcək.
Artıq bunu anlamağın vaxtıdır. Əgər gec deyilsə əlbəttə."

Paralel.az

0.031665086746216