İdris Abbasov: "Ölkədə ictimai şüurun böhranı yaşanır"

İdris Abbasov:
 

 

Yaşadığın cəmiyyətin düzəlməsini istəyirsənsə, ilk növbədə özünə cavabdeh ol! Yoxsa "əli-vəli talayıb mal-mülk yığır, mən niyə talayıb yığmayım ki?!" tipli idbar düşüncələrlə yalnız ictimai-siyasi, iqtisadi və mənəvi-əxlaqi tənəzzülə uğramaq olar. 

Haqdan, ədalətdən, düzlükdən dəm vuran şəxsin əlinə fürsət düşən kimi bu ali keyfiyyətlərlə  vidalaşıb öz miqyasında çalıb-çapmaq, talamaq, alıb-aldatmaq rəqabətinə girişməsi total fəlakəti dəstəkləməsi deməkdir. 

PS. Bu gün müqavimət potensialını itirmiş və qanunsuzluqlarla barışmış cəmiyyət  rüşvəti bir növ təbliğ edir. Ölkədə ictimai şüurun böhranı yaşanır. Dövləti və xalqı bu bəladan qurtaran şəxsin adının tarixə qızıl hərflərlə yazılması labüddür. Görəsən, bu ilahi xoşbəxtlik kimə nəsib olacaq?! Şübhəsiz, bu şəxs bütöv bir xalqın özü də ola bilər!

Paralel.az

0.014055013656616