Nəriman Qasımoğlu yazır...

Nəriman Qasımoğlu yazır...
 

 

 

"Bu günlər torpaqlarını, şəhər və kəndlərini azadlığa qovuşduran  Ukrayna ordusunun ard-arda uğurlu əks-hücumları barədə xəbərləri oxuyanda uzaq 80-ci illərdə Abbas Abdulla ilə bağlı bir epizodu xatırladım. 

Öz avtomobilimdə sükan arxasında idim, Eldar Baxış da yanımda oturmuşdu, axşam tərəfi harayasa gedirdik. Yadımda deyil haraya. Yolda Eldar dedi Abbas Abdulla ilə də görüşü var, etiraz etmirəmsə onlara qoşulardım. Söhbət şəhər ətrafında bir yeməkxanada birlikdə şam etməkdən gedirdi. Razılaşdıq. Abbas müəllimi onların danışdıqları yerdə qarşılayıb yola düşdük. Eldarın bələdçiliyi ilə yeməkxanaya gəlib çatdıq. 

Süfrə arxasında etdiyimiz şirin söhbətdən yadımda Eldarın antisovet zarafatları ilə bizi güldürməsi qalıb, bir də Abbas müəllimin bəzi dedikləri.

Abbas Abdulla Ukrayna - Azərbaycan ədəbi əlaqələrindən elmi iş yazmışdı. Həmin araşdırma haqqında Qasım Qasımzadə “Ədəbiyyat” qəzetində məqalə dərc etdirmişdi. Abbas müəllim bunu minnətdarlıqla xatırlayandan sonra  söhbətimizi yenə də antisovet məcraya qaytarıb dedi bütün ümidlər Ukraynayadır, imperiyanın dağılması Ukraynadan başlayacaq."

Paralel.az

0.012085914611816