"Napoleon fransız deyildi..."

 

İlhami Cəfərsoy:

"NAPOLEON fransız deyildi

Korsikalı idi. Hərbi məktəbdə oxuyanda tələbə yoldaşları onun ləhcəsini yamsılayıb gülürdülər. Korsika əhalisi Avropaya Ön Asiyadan köçüb getmişdir. Onlar Xatti tayfalarından biri olub özlərini Kursix adlandırırdılar. Dinqir Kur adlı tanrıya tapınırdılar. Dinqir Kur onların göy gurultusu və ildırım tanrısı idi. Kursixlərin bir hissəsi Avropaya köçməyib Qafqazda və Asiyada qalmışdı. V.V.Radlov onların bir oymağını Kızıl xalqı arasında görmüşdü. Hun tayfa başçılarından birinin adı Kursix idi. O, lV əsrdə yaşamışdır. Bonapart Napoleon fransız yox, Qafqaz xarakterli adam idi.O, Fransa tarixində ilk adamdır ki, arvadını boşamışdır. Fransa əxlaqına görə qadın aşnaları ilə yaşaya bilərdi, ancaq əri onu boşaya bilməzdi. Napoleon Avstriya kralının bacısı ilə evləndi. Toy məclisini pəncərələri əvvəlki arvadının evinə tərəf açılan sarayda elədi. Qadının qısqanclıqdan ürəyi partlayıb öldü. Son illərdə multikultural dəyərlər adı altında Avropa əxlaqı ölkəmizə gətirilir. Gəlin düşünək: Bizə fransız tərbiyəli qızlar gərəkdir, yoxsa Napoleon xarakterli oğlanlar?"

Paralel.az

0.017339944839478