Zahid müəllim yazır...

Zahid müəllim yazır...
 

 

 

Zahid Cabbarov:

"Ölkədə tələbələrin ali məktəblərə qəbulunun nəticələri, tələbə adını qazananların adı açıqlandı. 

 Qəbul olunanların valideynləri, yaxınları, dost-tanışlar sevinc içindədir. Hamı bir-birini təbrik edir və göz aydınlığı verir. 

 Təhsil naziri E.Əmrullayev özü də etiraf elədi ki, orta məktəblər təhsil vermir. 

 Açıq etiraf etməliyik ki, neçə illərdir ölkə və ölkədən kənar ali məktəblərə qəbul olunanlar, repetitor müəllimlərin zəhməti hesabınadır. Təəssüflər olsun ki, bu gün onlar yada düşmür. Ona görə də biz repetitor müəllimlərin əməyini yüksək qiymətləndirməliyik və onlar səhnə arxasında qalmamalıdırlar. 

 Baba kimi nəvəmin ali məktəbə qəbulu ilə əlaqədar sevinc içindəyəm. Bu sevinci mənə bəxş eləyən, eləcə də ölkə üzrə bütün repetitor müəllimləri: TƏBRİK EDİR VƏ HƏR BİRİNƏ SONSUZ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM. ONLARA SAĞLAMLIQ VƏ FƏALİYYƏTLƏRİNDƏ UĞURLAR ARZULAYIRAM !"

Paralel.az

0.019340991973877