Tapdıq Abbas ailəsi 1-ci dərəcəli Qarabağ qazisini ölümdən qurtarıb
Tapdıq Abbas ailəsi 1-ci dərəcəli Qarabağ qazisini ölümdən qurtarıb
Tapdıq bəy böyük qardaşım, döyüş dostumdur
Mətbuatdan oxudum, qaralamanın nədən ibarət olduğunu bilməsəm də, amma Tapdıq Abbasa qarşı kampaniya aparılması yaralı ürəyimi üzdü. Böyük qardaş sandığım, döyüş dostum Tapdıq bəylə elə virtual məkanda görüşürük hərdən. Elə bir sözü, fikri adama həyat verir. Deyəsən, ailə üzvləri ilə bir yerdə mətbuat orqanı yaratmasından, bir yerdə çalışmalarından rahatsızdırlar.
Rəncidə olanlar anlamır ki, media, mətbuat işi dövlət qulluğu deyil və işini bacarmaqdan keçir. Ölkədə o qədər qardaşlar qəzeti, ər-arvad mətbuat orqanı, bacılar şəbəkəsi var ki, heç onların qəzet səhifələrində dərdini danışa bilmirsən, heç qapıdan içəri qoymurlar. Tapdıq bəy və kollektivi isə ha çağ oldu, yazı göndərməyi bildirir və anında da çap edir.
Onu da deyim ki, Tapdıq Abbas ailəsi üçün birinci yerdə insan, onun hüquq və azadlıqları, həyatı durur. Gündəmi “partlatmaq” xatirinə qazilərin yanmasına od ələmir. 5-6 il öncənin söhbətidir. Elə indiki kimi canımdan bezmişdim, Prezident Administrasiyasının qarşısında özümə qəsd edəcəyimi anons etmişdim. Hamı jurnalistlər “qazi yanğısı şousu”nu intizarla gözləyirdi. Birdən telefonuma Tahir Abbas olduğunu deyən “Millətin səsi”nin redaktorundan zəng gəldi. İnanın, Tahir bəy az qala yalvardı ki, xahiş edirəm, gözlə, özünə qıyma, məni gözlə. Və onun bu yanğısı məni yanıqlı ölümdən qurtardı.
3-4 ay qabaq bilmişəm, heç demə, Tahir bəy Tapdıq Abbasın oğlu imiş. Halal olsun! Təki Tapdıq Abbas ailəsindən hamı ibrət götürsün, çamur atmağa nə var? !
Məğrur Bədəlsoy, 1-ci dərəcəli Qarabağ qazisi, bağımsız jurnalist.
Paralel.az