İdris Abbasov: "Həmkar olduğu yerdə..."

İdris Abbasov:
 

 

 

"Həmkar (həmkar olduğu yerdə qara daş olaydı) zəng edib deyir ki, "qardaş, nə rüşvət-rüşvət salmısan?  O bizim həyat mənbəyimiz, dolanacağımız, qəbrədək can yoldaşımızdır. 

Qardaşımsan, başın ağrıyar, işin olmasın! 

Özün necəsən, bala-bulalar nətərdir? 

Deyirəm, hava dəyişir e, əyinlərini-başlarını qalın elə uşaqların, xəstələnməsinlər!

 Ə, qardaş, o "şaftalı"nı "şafdalı" yazan müəllim nooldu? İşdən qovdularmı iti qovan kimi?

 Deyirəm, əyə, savadsızlığa bax e. Ölkəni nə günə qoydular ə? "Anbar" hara, "ambar" hara? "Şaftalı" hara, "şafdalı" hara?" ..."

Düz deyirsən, ay üzdəniraq "həmkar"! Sənin kimi heyvan xislətli nadürüst, vicdansız binamuslar hara, ölkənin inkişafı hara?!"

Paralel.az

0.022279024124146