"Azəriqaz" İB mühüm məsələləri müzakirə etdi - FOTO

 

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin baş direktoru ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri arasında keçirilən işçi görüşdə bir sıra mühüm məsələlər müzakirə olundu

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) məsul şəxsləri arasında işçi görüş keçirilib. Görüş zamanı istehlakçıların məmnunluğunun və qaz təchizatı ilə əlaqədar təqdim edilən xidmətlərin keyfiyyət səviyyəsinin yüksəldilməsi, eləcə də şəffaflığın artırılması və fəaliyyətin təkmilləşdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Birliyin baş direktoru Ruslan Əliyev SOCAR-la aparılacaq müzakirədən sonra bu və qarşılıqlı maraq kəsb edən digər aktual məsələlərin həlli ilə əlaqədar qərarın qəbul ediləcəyini, eləcə də abonent məmnunluğuna xidmət edəcək AİBNDX-in istənilən təşəbbüsünə SOCAR “Azəriqaz” İB tərəfindən hər cür dəstək veriləcəyini bildirib. Birliyin müxtəlif platformalar üzərindən istehlakçılara çatımlılığını yüksək qiymətləndirən Dövlət Xidmətinin məsul şəxsləri istehlakçıların hüquqlarının və maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində təşəbbüslərinin dəstəklənməsi ilə əlaqədar SOCAR “Azəriqaz” İB-yə təşəkkür ediblər.

 

0.048644065856934