Siracəddin Hacı:
Rusiya Güney Qafqazda, o sıradan Ermənistandamövqelərini gücləndirməyə çalışır, gec də olsa, artıq Koçaryanın, Sarkisyanın siyasi imkanlarınıitirdiklərini, onların ciddi işlərə yaramadığını anladı –onlar son seçkidə ağır məğlubiyyətə uğradılar, Ermənistan parlamentində deputatlarının sayı 36-dır, erməni xalqı onlara inanmır, rüşvətxor, oğru, quldur kimi tanıyır. Elə buna görə də zalım Putin Güney Qafqaz uğrunda mübarizənin gücləndiyi indikidönəmdə Ermənistan müxalifətini yenidən sistemləşdirir, yeni liderə ehtiyac duyur, Ruben Vardanyanı önə çıxarır, QARABAĞDA MƏHŞURLAŞ, ERMƏNİSTANDA HAKİMİYYƏTƏ GƏL ölçüsünü tətbiq edir.
Putinin Ruben Vardanyan vasitəsi ilə Ermənistanda hakimiyyəti ələ keçirmək, bölgəyə nəzarət etmək planı baş tutarmı? Tutmaz, Ruben Vardanyan Qarabağda bir sıra işlər görə bilər, səbəbləri bunlardır: Qarabağa Rusiya nəzarət edir, orada işğalçı rus ordusu var, maddi imkanlara sahibdir, Rusiya arxasında dayanıb, ancaq Vardanyanı Ermənistanın lideri etmək siyasəti gerçəkləşməz. Səbəbləri sıralayaq:
- Ermənistan hökuməti, erməni xalqı Vardanyanın Rusiyanın planı olduğunu fərq etdi, fərq etmək anlamağın, o da hərəkətə keçməyin əsasıdır, erməni toplumunda Vardanyan Rusiyanın adamıdır tezisli təbliğat başladı;
- erməni xalqı seçimin nə olduğunu bilir, iradəsini, fikrini ortaya qoymaq imkanı var, belə bir şəraitdə kimisə zorla Ermənistana lider etmək imkansızdır;
- erməni xalqı yolunu seçib, o, Rusiya ilə birgə olmaq istəmir, Rusiyada inkişaf görmür, bunun açıq dəlili savaşda məğlub olmuş Paşinyana səs verməsidir;
- Rusiya dəfələrlə təkrar etdiyi ssenarini işə salır, bir planı hamı bilirsə, onun gerçəkləşmək imkanı azalır;
- Rusiya zəifləyir, bölgəni əldə tutmaq imkanı azalır, onun seçki yolu ilə öz adamını Ermənistanın liderinə çevirmək imkanı yoxdur;
- Avropanın Güney Qafqazdakı mövqeyi güclənir, təsir imkanı artır;
- Vardanyanın pulu var, ancaq böyük oyunçu olmaq üçün zəruri sayılan dərin ağlı, siyasi imkanı yoxdur, ciddi düşünmək imkanı olsa idi, bu işə girişməzdi;
- Paşinyanın sıxıntıları olsa da, mövqeyi güclüdür, parlament çoxluğu da, hökumət də onun əlindədir;
- Paşinyan hökuməti ABŞ-dan, Avropadan ciddi dəstək alır;
- Ermənistanda azad mətbuat var, bu da xalqın tez və doğru maariflənməsinin yolunu açır, şüurlu toplum formalaşdırır;
- Vardanyanın müstəqil Arsax ideyasına erməni xalqı inanmır, gerçək saymır, dəstək vermir, ermənilər (çoxluq) Qarabağa Azərbaycanın tərkibində status istəyir, savaşmaq fikri yoxdur, Qarabağ məsələsinin Rusiyanın əlində olduğunu bilir, deyir ki, Qarabağın hakimi Rusiyadır, bölgəni bir rus generalı idarə edir;
- Ermənistan hökumətində və xalqında hakim olan görüş budur: Azərbaycan və Türkiyə ilə əlaqələr qurmalı, Avropaya çıxış əldə etməliyik;
- Azərbaycan Qarabağa status verməyəcək, Qarabağ ermənilərinə vətəndaşlıq verəcək, onların haqlarını qoruyacaq, Ermənistanla barış sazişi imzalayacaq, Türkiyə ilə Ermənistanın əlaqə qurmasını istəyəcək, Avropa ilə ciddi əlaqələr quracaq ki, bölgədə Rusiyaya ehtiyac qalmasın;
Paralel.az