Rusiya yeni lider yetişdirir - II yazı

Rusiya yeni lider yetişdirir - II yazı
 

Siracəddin Hacı yazır...

Birinci yazıda Rusiyanın Güney Qafqaz siyasətinin yeni addımının mənasını, hədəflərini, üsulunu açıqlamağa çalışdıq, məqaləni bu sualla bitirdik: Rusiya niyə bu addımı atmağa Ruben Vardanyanı önə çıxarmağa çalışır? Səbəbləri sıralayaq:

Birincisi, Azərbaycanla Ermənistan arasındamünasibətlərin qurulması ilə bağlı Brüssel formatının olması, addımlar atması, iki dövlət başçısının birbaşa görüşməsi Rusiyanı ciddi narahat edir, Güney Qafqazdakı mövqeyini zəiflədir, varlığını önəmsizləşdirir, Rusiya Ukraynada həm də ABŞ və Avropa ilə savaş halındadır, Güney Qafqaz uğrunda mübarizə də bu savaşın tərkib hissəsidir. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması üçün iki format var: Moskva, Brüssel, ikisinin uzlaşması çətindir, belə ki, köklü çıxar fərqləri var, Rusiya heç kimin Güney Qafqaza gəlməsini istəmir. Moskva formatı zəifləməli, sıradan çıxmalıdır ki, məsələnin həllinin yolu açılsın, iki xətti eyni anda əldə tutmaq bir müddət sonra imkansız olacaq. Elə buna görə də Rusiya ikiyönlü iş aparır:

a) Brüssel görüşünün nəticələrinin həyata keçməsinə imkan vermir. Rusiya sonuncu Brüssel görüşünün nəticələrini sıradan çıxarmaq üçün bu addımları atdı:

1) Brüssel görüşü avqustun 31-də oldu, Rusiya bundan öncə iki dövlətin münasibətlərinin nizamlanması ilə bağlı yaradılan komissiyanın Moskvada görüşünü təşkil etdi, hakim mənəm demiş oldu;

2) Lavrov İranın Xarici İşlər naziri ilə görüşdü, bölgənin taleyi bizim əlimizdədir mesajını verdi;

3) Zaxarova Avropanın Güney Qafqazda Rusiyanın təsir məkanına girmək istəməsini sərt bir dillə tənqid etdi;

4) Lavrov Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyana zəng etdi;

5) Ararat Mirzoyan Moskvaya çağrıldı, ayağınızı yorğanınıza görə uzadın deyildi;

6) yeni Laçın yolu işğalçı rus ordusu ilə quldur erməni milislərinin nəzarətinə verildi;

7) yolboyu yer adları rus, erməni, ingilis dillərində yazıldı, türk dilinə yer verilmədi;

8) Arsaxın müstəqillik günü təntənə ilə qeyd olundu;

9) Kremlin rəsmi olmayan sözçüsü Zatulin Dumanın blankında Arsaxa müstəqillik günü ilə bağlı təbrik məktubu göndərdi Rusiya sizi qoruyacaq;

10) Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı ittihamlara başladılar;

11) Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndinə gəldilər, Ermənistan Qarabağı kimsəyə satmadı, onun status qazanması uğrunda mübarizə aparır dedilər;

12) Putin Vladivastokda Paşinyanla görüşdü, həddini bildirdi;

13) ən son məlumat budur ki, Xankəndində yeni bir təşkilat yaradıldı, bu təşkilat deyir ki, Artsax heç bir zaman Azərbaycana tabe olmayacaq, Ermənistanda Qarabağı qoruyan hökumət olmalıdır;

b) Rusiya bölgədəki mövqeyini gücləndirir, zəiflədikcə Qarabağa ehtiyacı çoxalır, bu bölgədə imkanlarını artıraraq Azərbaycanı, Ermənistanı əlində tutmağa çalışır, ona görə də Ruben Vardanyana ehtiyac duyur, onu liderləşdirir, onun vasitəsilə iki məqsədi gerçəkləşdirmək istəyir:

1) daha çox narahat olduğu, Avropa İttifaqının müttəfiqi kimi gördüyü Paşinyan hökumətinə təsir göstərir, ona alternativ hazırlayır, bir anlıq belə düşünək: Paşinyan devrilib, Vardanyan hakimiyyətyə gətirilib, bu halda, Brüssel görüşünün anlamı qalacaqmı?;

2) Rusiya Qarabağı bir əyalətinə çevirir, Qarabağa Rusiyanın himayəsində siyasi-hərbistatus qazandırmağa çalışır, Qarabağ rus hərbi bazalarının qoruduğu Rusiyaya bağlı dövlət olur burada bir önəmli məsələ də var: zalım Putin Azərbaycanın Qarabağdakı suveren haqlarını tanımır, Azərbaycan vətəndaşı olmayan bir şəxsi Qarabağda siyasi fəaliyyətlə məşğul olmağa göndərir, bu yolla Qarabağ Rusiyadır deyir, ancaq Azərbaycan hakimiyyəti bu çox ciddi məsələyə münasibət bildirmir: iki ehtimal ortaya çıxır:

a) bu məsələ Putinlə razılaşdırılıb;

b) Azərbaycan hakimiyyətinin Rusiyaya etiraz etməyə cəsarəti çatmır;

Ardı var...

Paralel.az

0.028069972991943