Mais Bərxudarovun başı üzərində qara buludlar dolaşır… – “Beyləqan işi” araşdırılır…

Mais Bərxudarovun başı üzərində qara buludlar dolaşır… – “Beyləqan işi” araşdırılır…
 

"Paralel.az" "Beyləqan işi"nin araşdırılması barədə RealMedia.az-da getmiş yazını oxuculara təqdim edir.

Ötən həftə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov saxlanılaraq, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Düzdür, ilk əvvəl Bəkir Orucovun həbsii ilə bağlı cəmiyyətdə müəyyən ehtimallar ortaya atılsa da, lakin çox keçmədi ki, ardınca onun həbs edilməsinin təfərrrüatları bəlli oldu.

Rəsmi açıqlamaya görə, (xatırlayırsınızsa, B. Orucov saxlanıldığı gün adının hansı cinayət işində keçməsi barədə yazmışdım) Hərbi prokurorluq tərəfindən aparılan cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilərək, Orucov Bəkir Şirin oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

General-mayor Bəkir Orucov

Ötən gün bir xülasə yazmışdıq ki, Bəkir Orucovun həbsi ilə bağlı bir mənalı fikir söyləmək çətindir. Ehtimallar isə kifayət qədərdir. Hətta onu da yazmışdıq ki, Bəkir Orucovun hansı səbəbə görə, həbs olunduğunu demək çətindir. Lakin dəqiq bildiyim bir məsələnin altını cızmışdıq.

Həmin yazıda “Tərtər işi” ilə yanaşı, eyni vaxtda törədilmiş “Beyləqan işi” üzrə cinayətdən də bəhs etmişdik. Bəkir Orucovun adı da, məhz “Beyləqan işi” üzrə cinayət işində keçirdi.

Mais Bərxudarov II Ordu Birləşməsinin komandanı

Həmin cinayət işində Bəkir Orucovla yanaşı, II-ci Ordu birləşməsinin komandanı Mais Bərxudarovun da adının keçdiyi haqda qeydlər olunmuşdu. Yazıda hərbi prokurorluğun Sabirli Adil Tehran oğlunun ölüm işi üzrə cinayət işinin bəzi təəfərrüatlarına toxunulmuşdu. Bəkir Orucovun və Mais Bərxudarovun adı hərbi prokurorluğun cinayət işi üzrə ittiham aktında və iş üzrə məhkəmə istintaqında keçdiyi qeyd olunmuşdu.

Qeyd edək ki, Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun general və zabitlərinin göstərişi ilə “N” saylı hərbi hissənin zabiti Sabirli Adil Tehran oğlu “Vətənə xəyanət” ittihamı ilə günahkar elan olunub və ağır işgəncələrlə öldürülüb.

Bu cinayət hadisəsi Müdafiə Nazirliyinin Beyləqan korpusunun tabeliyində olan "Həmlə taboru"nun zirzəmisində törədilib. Aşırı şiddət və işgəncə halları, məhz bu taborda baş verir.

İşgəncələrə məruz qalaraq öldürülən zabitimiz Sabirli Adil Tehran oğlu

İşgəncə verilib, öldürülməsi ilə bağlı cinayə işi üzrə hərbi prokurorluğun apardığı araşdırmalar zamanı (şahid ifadələrinə əsasən) II-ci Ordu birləşməsinin komandanı Mais Bərxudarovun, korpusun qərərgah rəisi Bəkir Orucovun, kəşfiyyat taborunun rəisi Ziya Kazımovun və korpusa tabe olan zabitlərin adları çəkilir.

Qeyd edək ki, Hərbi prokurorluğun cinayət işi üzrə apardığı araşdırma zamanı şahidlərdən biri maraqlı bir ifadə verir. Həmin ifadədə Sabirli Adil Tehran oğlunun II Ordu birləşməsinin tabeliyində olan “N” saylı hərbi hissəyə gətirildiyi, işgəncə verilərkən, korpus komandiri Mais Bərxudarov həmin hərbi hissəyə gəldiyi və bir neçə dəqiqədən sonra da tələm-tələsik geri qayıtdığı deyilir. Bu ifadədən belə məlum olur ki, zabitin həmin hərbi hissədə olmasından və sorğulanmasından Korpus komandirinin məlumatı olub.

O da məlum olur ki, bütün baş verən işgəncə prosesi planlı şəkildə həyata keçirilib. Mais Bərxudarov gedəndən bir neçə saat sonra isə, Sabirli Adil Tehran oğlu ona verilən ağlr işgəncə və şiddət nəticəsində dünyasını dəyişir. Gecənin səhəri, süp tezdən isə Masi Bərxudarov ölkəni tərk edib, xarici ölkəyə gedir. Belə çətin bir dövrdə ordu komandirinin ona tapşırılan hərbi postu başsız qoyub ölkəni tərk etməsi nə qədər döğrudur?..
Bu məqama sonra aydınlıq gətirəcəyik.

Gəlin, digər şahid ifadəsinə nəzər salaq: Cinayət işinin istintaqı zamanı başqa bir şahid ifadəsində cinayət işində korpus komandirinin müavini vəzifəsində işləyən Elşad Əbilovun da əli olduğu qeyd edilir: “Elşad Əbilov bizi çağırıb dedi ki, korpus komandirinin göstərişidir, gedib Ağdaşdan (təlimdən) üç əsgər gətirməlisiniz, onlar burdakı zabitin sorğulamasında iştirak edəcəklər".

Elşad Əbilov - II Ordu Korpusunun komandir müvini

Elşad Əbilov isə məhkəmə istintaqında korpus komandirinin ona üç hərbiçinin Ağdaşdan gətirilməsi tapşırığı verdiyini etiraf etsə də, lakin həmin əsgərlərin zabitin sorğulanması prosesində iştirak etmək üçün yox, başqa bir məqsəd üçün gətirildiyinə dair ifadə verir.

Hakim isə çox dərinə getmir, hər şeyin üzərindən sükutla keçir. İfadədə bildirilir ki, Ağdaşdan korpus komandrinin tapşırığı ilə təlimdən gətirilən hərbiçilər korpusun kəşfiyyat taborunun xüsusi təyinatlıları olub. Əsgərlərin sorğuya alınan zabitə işgəncə vermək üçün gətirildiyi anlaşılır. Yoxsa, korpusda başqa əsgər yox idi?! Əlbəttə, var idi, sadəcə olaraq, Ağdaşda idmançı, qolu zorlu, peysəri yoğun xüsusi təyinatlılardan ibarət qulluqçuları gətirməkdə məqsəd zabiti döymək, ona işgəncə verməklə etmədiyi əməli, yəni düşmənə cəsusluq etməsi ittihamını zorla zabitin boynuna qoymaqdan ibarət olub.

Cinayət işinin məhkəmə araşdırmasında təqsirləndirilən zabitin vəkilinin cinayət işi üzrə ittiham aktında adları keçən II Ordu Korpusunun yüksək rütbəli şəxslərinin məhkəməyə gətirilməsi ilə bağlı verdiyi vəsatətlərin məhkəmə tərəfindən heç bir səbəb göstərilmədən təmin olunmayıb.

Korpus komandiri Mais Bərxudarovun gecəikən ölkəni tərk edərək, xaricə getməsinin bu qədər vacib olmasına səbəb nə ola bilərdi? Ələxüsusda, orduda xəyanətin genişlənməsinin aşkarlandığı çətin dönəmdə xaricə getmək niyə bunca vacib idi?
Sizcə, komandanın tez-tələsik xaricə səfər etməsinin ağır işgəncələr nəticəsində öldürülən Sabirli Adil Tehran oğlunun öldürülməsi cinayətilə əlaqəli olması şübhəsini gücləndirirmi? Əlbəttə, bu cür müəmmalı xarici səfərin zabitin ölümü ilə bağlı olduğunu artıran şübhələri daha da gücləndirir! Sadəcə, bu suala konkret cavab vermək indiki halda xeyli çətindir. Həbs olunan generalın istintaqının gedişini izləmək lazımdır...

Ona görə ki, hələ bu şübhənin real olmasına dair ortada hər hansı bir rəsmi açıqlama və ya konkret nəticə yoxdur. Fərziyyələri isə reallıq kimi qəbul edib, əsas saymaq olmaz. Bildiyimiz təkcə odur ki, Mais Bərxudarovun adı da Bəkir Orucov kimi məlum cinayət işində çəkilir. İstintaq təqbi orqanının buna necə qiymət verəcəyinə dair əsaslı arqument yoxdur. Ola bilsin, yaxın zamanda Mais Bərxudarov da həbs oluna bilər. Hazırda hələ ki, onu demək olar ki, Mais Bərxudarovun da başının üzərində qara buludlar dolaşır. Movcud durum onun üçün yaxşı nəsə vəd etmir.

Azərbaycan Müdafiə Naziri Zakir Həsənov

Maraqlıdır, ölkəmizin işğal olmuş ərazilərinin təmas xəttində müdafiəni təmin edən ordu komandirinin ətrafında Vətənə xəyanət edən zabitlərin kimliyinin araşdırıldığı məqamda, ordunu başsız qoyub, xarici ölkəyə getməsi hansı zərurətdən irəli gəlib? Çox qəribə deyilmi? Bu qədər çətin vəziyyətdə səngəri nəzarətsiz, ordunu başsız qoyub ölkəni tərk etmək komandan üçün bu qədərmi vacib idi?..

Bir halda ki, sən tabeçiliyində olan Ordu birləşməsinin tərkibində Vətənə xəyanətdə suçlu sayılan, sorğulanan, işgəncələrə məruz qaldığını və hər an ölkəmizə düşmınin hücum edə, həmin ərazilərin mühafizə zonaları satıla, minalanmış ərazilərin kordinatlarının düşmənə verilə biləcəyini bildiyin halda, cəbhəni qoruyan ordunu nəzarətsiz buraxıb, hara gedirsən, Mais Bərxudarov?!

Orduda xəyanətkarların hər gün çox sayda müəyyən edilib, ortaya çıxarıldığı ağır durumda ordu birləşməsinin komandanının ölkəni tərk etməsi, xaricə getməsi şübhə doğurmur? Deməli, ordu komandanı Mais Bərxudarov bilirmiş ki, zabitin düşmənə işləməsi, ermənilə əlaqə qurub xəyanət etməsi mümkün deyil, yalandır, bəs, zabitə işgəncə verib, ölümcül vəziyyətə salmaq kimin tapşırığı və kimə lazlm idi? Maraqlıdır, ölkə üçün çox təhlükəli məqamda ordu komandanı Mais Bərxudarov, görəsən, ölkəni tərk etmək üçün kimdən icazə alıb?

Bəlkə, Mais Bərxudarova xarici səfərə icazə verən Müdafiə naziri Zakir Həsənov bilmirdi ki, komandanın orduya rəhbərlik etdiyi ərazidə düşmənə işləyən zabit tutulub? Bilirdi! Bəs, ordu komandanına ölkəni tərk etməyə niyə icazə verirdi? Doğrudur, sonradan bu ittihamlar təsdiqini tapmadı, amma bəs, general həbs olunandan sonra istintaqda verəcəyi ifadədə ortaya yeni nüanslar çıxsa, necə? Vətənə xayanətdə ittiham olunaraq öldürülən 19 nəfər hərbi qulluqçuların barəsində Baş Prokurorun Ali Məhkəmənin Plenumuna verdiyi bəraətverici müraciətindən sonra komandanın durumu necə olacaq?

Güman etmək olar ki, bəlkə, Mais Bərxudarov həmin zabitin ölümündən xəbərsiz olduğunu sübut etmək, yaxasını ələ verməmək üçün ölkə dışına çıxıb? Artıq bu proseslər Mais Bərxudarovun bu işlərdən xəbərinin olması şübhəsini gücləndirir.

Bəkir Orucovun həbsindən sonra, Baş Prokurorun Ali Məhkəmənin Plenumuna 19 nəfər öldürülən və həbsdə olan şəxsə bərat verilməsilə bağlı müraciət etməsi bir daha Mais Bərxudarovun və digər yüksək vəzifəli şəxslərin başı üzərində qara buludların dolaşdığını təsdiq edir. Çox güman ki, növbəti həbs dalğasının Mais Bərxudarovdan yankeçmə ehtimalını azaldır.

Ramin Məhəmmədoğlu,
“RealMedia.az” saytının baş redaktoru – jurnalist

P. S. Faktlara toxunulmayıb, yazı redaktə olunub.

"Paralel.az"

 

0.019523859024048