“Nömrə gələnlərə” sözgəlişi...

“Nömrə gələnlərə” sözgəlişi...
 

 

Dilçi alim Günel xanım yazır...

Bu günlərdə Beynəlxalq Aləmin bosu, filologiya üzrə fəlsəfə doktoru Familə Apartullayeva yağlı layihələrin qənimi rəfiqəsi Pulbəniz Meşşanənin, həmkarları:  yaltaqlıq mücəssəməsi dos. Kəniz Özgüvənlinin, haqqın üzünə ağ olan Sırta Boşbaşovanın, vicdanını paraliç vurmuş Küllü Qaragüruhlu və digər həmkarlarının işlərini “yoluna qoyduqdan” sonra istəyib elmi ictimaiyətdə bir az nüfuz qazansın, necə deyərlər qara reputasiyasını təmizləyib, qara çadırdan transfer etsin tər-təmiz ağ çadıra. Dəstəyi alıb əlinə başlayıb zəhmətkeş həmkarlarına “nömrə” gəlməyə. Nömrələri bir-bir “gəldikdən” sonra öz xislətinə sadiq qalan Familə xanım olub “aydan arı, sudan duru”. 

Bu gün zülmətsevər dünyanın bu bosları, zəhmətsevər libasında bizlərə “nömrə gəlirlər”.

Paralel.az

0.013461112976074