Çingiz Şahbazi: “Avropa ölkələrində iqtisadi baxımdan vəziyyət sabit olmaya bilər”

Çingiz Şahbazi: “Avropa ölkələrində iqtisadi baxımdan vəziyyət sabit olmaya bilər”
 

 

Rusiya Avropaya nəql etdiyi qazı, təmir adı altında tamamilə kəsdi. Əgər bu ,,təmir "lə bağlı vəziyyət davam edərsə, dünyada, xüsusilə də Avropa ölkələrində iqtisadi baxımdan vəziyyət heç də sabit olmaya bilər. Avropalıların bu vəziyyətlə qarşılaşa biləcəkləri ehtimalı yox deyildi. Çünki, Rusiyanın Avropaya qaz nəqlindən siyasi təzyiq kimi istifadə edəcəyini, Qərb mətbuatı Rusiya Ukrayna müharibəsi fonunda durmadan işıqlandırırdı. Aİ ,Moskvanı etibarsız tərəfdaş adlandıraraq, Qazprom şirkətinin təmir izahına inanmadıqlarını bildiriblər. Rusiyanın bu addımı atacağını söyləyənlər, onu ən sonda və çox ciddi bir təsirə malik zamanda tətbiq edəcəklərini də vurğulamışdılar. Görünən odur ki, Rusiya zəif həlqə deyil və Ukrayna torpaqlarında aparılan hibrid müharibəsi, sürəti artıraraq daha ciddi yön almaqdadır.Bunun fəsadları isə, dünyanın hər tərəfində hiss olunaraq, gələcəkdə bir çox problemlər meydana gətirmə ehtimalını artırır.

Paralel.az

0.022657155990601