Çingiz Şahbazi: “Partiyaların əyalətlərdə fəaliyyət göstərməsi üçün dövlət iş görmək istəmir”

 

Çingiz Şahbazi: “Partiyaların əyalətlərdə fəaliyyət göstərməsi üçün dövlət iş görmək istəmir” 
 

"Siyasi partiyalar haqqında yeni qanun layihəsi üzərində MM-də  iş aparılır. Yeni qanun layihəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən irəli sürülən təklifləri və dünyanın bir çox ölkəsinin təcrübəsini özündə əks etdirəcək.

Lahiyədə həmçinin Venesiya komissiyasının 2020-ildə siyasi partiyalar haqqında qəbul etdiyi qərar və tövsiyələri də öz əksini tapacaqdır. Bu layihəyə əlavələrlə yanaşı, məhdudiyyətlər də əlavə olunması gözlənilir.

Yeni qanun layihəsində  dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyəti məhdudlaşdırılacaq.Bütun bunlar müzakirə və mübahisə predmeti yaradacaq amillərdəndir.Amma, daha mükəmməl qanun layihəsinin həyata keçirilməsi üçün sözsüz ki, bütün bunlar kifayət etmir. Partiyaların əyalətlərdə fəaliyyət göstərməsi üçün dövlət heç bir iş görmək istəmir  və hələdə rəsmi dövlət tədbirlərində ölkənin siyasi partiyalarının rəhbər şəxsləri dəvət edilmir və onlara olan münasibət qanundan kənar qalır.

Əyalətdə siyasi fəaliyyətlə məşğul olan və siyasi təşkilata rəhbərlik edən biri kimi, ən böyük problemi hələ də bu sahə üzrə hər hansı bir addımın atılmamasında və fəaliyyətin xalq və dövlət üçün faydalı olmasını təmin etmək məqsədilə dövlətin  himayəsinin qanunda öz əksini tapmamasında görürəm."

Paralel.az

0.018924951553345