Solmaz Ana: "Təklifləri ümumoxucu mülkiyyəti edəcəyəm"

 

Solmaz Ana:
 



Deyirəm ki, ay allah, nolar ki, mənə dostluq gondərən adamların içində  qadına müqəddəs varlıq, hansısa bir oğulun anasını öz anasi kimi görən, milli qeyətimizin daşıyıcısı olan bircəsi olaydı. Xatadır ki, dostluğünu qəbul edəsən.Vay aman, kadrlar şöbəsınin rəisinə çevrilib o qədər şəxsi anket sualları yazirlar ki....sonu da siğəyə, kəbinə, bir stəkan çay içməyə təkliflərlə sonlanır. Yaşadığımız bu cəmiyyətin ən sərhədsiz yeri sosial şəbəkələr imiş.Böyük əksəriyyət   şəxsi əyləncəsi üçun hədəfə  biz xanımları alıb, ağına-bozuna baxmadan tutar qatıq, tutmaz ayran fikriylə burada gün kəçırməkdədir.

 Əsl ziyalilarımız, yazarlarımiz yəqin ki, nə demək istədiyimi anladi.Keçi can hayında, qəssab piy axtarir. Qiymətlər raket sürətilə artmaqda, intiharlar baş vernəkdə, sosial problemlər məmur biganəliyindən həllini tapmamaqda olan bu cəmiyyətdə piy axtaran qəssablardan uzaq olaq.Özümə söz verdim ki, yuxarıda saydıqlarım davam edərsə, messencerdə aldıgim təklifləri ümumoxucu mülkiyyəti edəcəyəm.

Paralel.az

0.019398927688599