Binəqədi 107 saylı MKİS "DOST" İş Mərkəzinin adından nələr çevirir?-Prezidentə müraciət

Binəqədi 107 saylı MKİS
 

Uzun müddətdir ki, “Dost” İş Mərkəzinin və Binəqədi rayon Məşgulluğunun xətti ilə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 107 saylı MKİS-də təmizlik məsələləri üzrə sosial işçi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətdə 107 saylı MKİS -nin sabiq rəhbərlikləri ilə heç bir problem olmayıb. 2022-ci ilin may ayından 107 saylı MKİS-nə yeni rəis - Rüfət Süleymanov təyin olunduqdan sonra mənim baş ağrılarım başladı. Bu adam məni gözümçıxdıya salıb. Sosial vəziyyətimi, evimin qəzalı olmasını, azyaşlı qızımın gözündə asteqmatizm - zəif görmə probleminin olmasına baxmayaraq, mənə hər gün işə gəlib boş-boş oturmağı təklif etsə də, mən reestr yazılan günlərdə həftənin 1-ci və 4-cü günləri MKİS-nə gəgələcəyimi və bunun həmişə belə olmasını söylədim. Razılaşdıq. Amma sentyabr ayının 1-də işə gələndə mənə açıq-aşkar təhdid formasında, özünü sanki “Dost” MMC-nin nümayəndəsi və Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşı kimi apararaq, sentyabrdan işdən azad ediləcəyimi dedi. Mən 107 saylı MKİS müdiri Rüfət Süleymanova indiki sosial durumda bunu nə üçün etdiyini soruşduqda, o, bu məsələnin “Dost” MMC tərəfindən edildiyini söylədi və bildirdi ki, guya oradan nümayəndələr gəlib məhz məni soraqlayıblar. Bu ağ yalandır. Səbəbini sizə izah edəcəyəm.

Hörmətli ölkə başçısı, cənab Ali Baş Komandan İlham Əliyev! Əziz oxucular! Hörmətli Azərbaycan vətəndaşları!
Axı indi hansı zamandır ki, işçinin ağır sosial durumunu, övladının xəstə olduğunu, evinin qəzalı vəziyyətdə olub az qala çökəcəyini bilərək, vətəndaşı İŞDƏN AZAD EDƏSƏN?!
Bu hansı, ƏDALƏTƏ, MƏNTİQƏ, QANUNA, HUMANİZM QAYDALARINA VƏ İNSANLIQ ÖLÇÜLƏRİNƏ SIĞIR???

Mən bir ziyalı, ali təhsilli xanım, tənha ana olaraq Sizə müraciət edirəm! Bunun qarşısının hər vasitə İLƏ alınmasında mənə köməklik göstərəsiniz! Bu məsələdə əslində vəziyyət başqa cürdür. Binəqədi rayon MKİS rəisi Rüfət Süleymanov təzə işə gələndə MKİS-də olarkən mənə nalayiq təklif etməklə hər bir problemimi həll edəcəyini söylədi. Amma təbii ki, əvəzində sərt reaksiya gördüyünə görə özünün çirkin əməllərinə əl atmağa başladı. Indi də R.Süleymanov “Dost” MMC-nin adından istifadə edərək, məni işdən çıxaracağı ilə təhdid edir. Onun məqsədi başqa idi. Yaxşı bir el məsəli var : “Namusu itə atıblar, it yeməyib!”

 Rüfət Süleymanov sizə kim səlahiyyət verib ki, tabeliyində olan işçi ilə vəzifə səlahiyyətlərindən istifadə edib iyrənc rəftar edəsiz?! Amma haqqı nahaqqa verməyib Allah!!! Heç kimin ahı yerdə qalmayıb. Bu gün mənim belə rəftar edən, sabah başqa biri ilə də eyni ssenari üzrə rəftar edəcək. Ona görə də biz qadınlar cəmiyyətdə belə ünsürlərə qarşı haqq səsimizi qaldırmaqla, hüquqlarımızı bildirməklə etiraz etməliyik. Nə olursa-olsun, belələri ağır mühakiməyə çəkilməli, cəmiyyətin, xalqın gözündə İFŞA OLUNMALIDIRLAR!!!

107 saylı MKİS rəisi Rüfət Süleymanov, siz bu gün məni işdən çıxarmaqla nəyə nail olursunuz bilmirəm, amma onu da bilin ki, bu məsələ burada bitmir! Özünüzü cəmiyyətdə ifşa və biabır etməklə, sabah insanlar arasına da çıxa bilməyəcəksiniz?!

Məsələni diqqətdə saxlayacağıq!

Hörmətə, yazıçı-publisist, baş redaktor müavini Səadət Sultan (Abbasova)  

Paralel.az

0.033679962158203