Qazaxda “Açıq mikrofon”a səsləndirilən müraciətlər bunlar oldu

Qazaxda “Açıq mikrofon”a səsləndirilən müraciətlər bunlar oldu
 



Abonentlərin qaz təsərrüfatına dair üzləşdikləri problemlərin həllinə operativ dəstək məqsədi daşıyan “Açıq mikrofon” aksiyasının növbəti dayanacağı Qazax rayonu olub.
Mikrofon önünə çıxan vətəndaşlardan 9-u Əriklik adlanan yeni yaşayış massivinin qazlaşdırılması barədə müraciət ediblər.

Digər müraciətlərə gəlincə, bunlar təbii qazın təzyiqinin bəzi hallarda nisbətən zəif olması və fərdi yaşayış evlərinin qazlaşdırılmasını əhatə edib.

Ünvanlanan suallar SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılaraq vətəndaşlara ətraflı məlumat verilib.

Paralel.az

0.013113021850586