Ərastun Oruclu:"Halbuki ittiham zəlzələ effekti yaratmalı idi"

 

Ərastun Oruclu:
 

 

 

Bu günlərdə Xural TV-nin rəhbəri Əvəz bəy Zeynallı bir açıqlama verdi. Belə bir açıqlama istənilən ölkədə zəlzələ effekti yaradardı, amma azı 3 gündür Azərbaycan cəmiyyətindən buna heç bir reaksiya yoxdur.

Açıqlama belə idi ki, Tərtər qətliamının əsas təşkilatçılarından biri, ölkənin hərbi prokuroru Xanlar Vəliyev Ermənistan tərəfə müraciət edib ki, onlar Azərbaycan ordusunun hərbçilərinin ermənilər tərəfindən cinsi istismarına dair heç olmazsa bircə fakt versinlər. 

3 gün ərzində Əvəz bəy həmin məsələni azı 3 dəfə öz kanalında təkrar paylaşdı. 3 gün ərzində həmçinin ölkə ictimaiyyətinin səsi çıxmadı, halbuki dediyim kimi, ittiham zəlzələ effekti yaratmalı idi. Şəxsən mən bu susqunluğu belə anlayıram: 

Tərtər qətliamını törədənlər məsuliyyətdən yayınma üçün istənilən yola əl atarlar və atırlar da ki, o cümlədən də işgəncələrdən əziyyət çəkmiş hərbçilərə dair ifşaedici materiallar əldə etmək üçün düşmən dövlətin qurumlarına müraciət etmək.

Üstəlik də Xanlar Vəliyevin rəhbərliyi altında Tərtər qətliamını törətmiş qurum hərbçilərimizə qarşı verdiyi şaxta ittihamlarda məhz bu göstərilib: pul müqabilində düşmən dövlətin hərbçilərinə seksual xidmət göstərmək. 

İndi Xanlar Vəliyev həmin mənəviyyatsızlığını sübuta yetirməlidir. Ona görə Ermənistan dövlət qurumlarına müraciət etməkdən başqa yolu yoxdur. Şübhəsiz ki, belə müraciətlər adətən hər-hansı bir üçüncü tərəfin vasitəsilə çatdırılır və əlbəttə ki, pul müqabilində anlaşma əldə olunur.

Mövzu haqqında daha ətraflı bu gün axşam saat 19.00-da Xural TV-nin canlı yayımında danışacağıq. Təbii ki, başqa mövzular da müzakirə olunacaq.

Paralel.az

0.030558109283447