“Müharibə Krım və Donbasda başlayıb, orada da başa çatmalıdır” -Zelenski
“Bu müharibə Krımda və Donbasda başlayıb və Ukrayna hərbçilərinin dövlət sərhədinə çıxması ilə orada başa çatmalıdır”.
Yeniavz.com xəbər verir ki, bu sözləri yaydığı videomüraciətdə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
” Krımın Rusiya tərəfindən işğalı və Donbası ələ keçirmək cəhdi ilə başlayan bu müharibə azad edilmiş Krım, azad edilmiş Donbass şəhərlərində və qoşunlarımızın Ukraynanın dövlət sərhədinə çıxması ilə başa çatmalıdır”, – deyə Zelenski bildirib.
O, Ukraynanın bu məqsədi daim diqqətdə saxladığını vurğulayıb:
“Əminəm ki, hamınız nə baş verdiyini, nə üçün mübarizə apardığımızı və nəyə can atdığımızı başa düşürsünüz. Bizim əsgərlərimiz isə arxada heç bir elana və ya informasiya dalğasına ehtiyac duymur. Ukrayna öz ölkəsinə qayıdır və qayıdacaq – Xarkov vilayəti , Luqansk vilayəti, Donetsk vilayəti, Zaporojye, Xerson, Krım və təbii ki, bizim Qara və Azov dənizlərinin bütün akvatoriyası. Serpantindən Kerç boğazına qədər. Bu baş verəcək”.
Paralel.az