Günel Bayramova: "Genetik irsimiz mental sistemimizə bu mənaları yükləyib"

 

Günel Bayramova:
 

 

Gənc dilçi alim yazır:

Bizim insanlarda sanki genetik olaraq yekəxanalığa, fırıldaqçılığa, fürsətcilliyə meyllilik var.

Vay o günə ki, birinə balaca bir vəzifə verəsən, o dəqiqə elə biləcək ki, “alçaq dağları bu yaradıb”. Özündən aşağıdakılara əlaltı kimi baxacaq, çalışacaq talamağa, əzməyə.

Kiçicik bir vəzifə, məsələn şöbə müdiri, kafedra müdiri, lap belə məktəb müdiri, və s. verdilərsə qurtardı. Daha qana susayan zəli kimi yapışıb qopmaq istəməyəcək. 

Çünki, vəzifə bizi başqalarından üstün edən, yekəxanalığımıza haqq qazandıran, üstəlik də saysız-hesabsız fürsətlər verən əsas qüvvədir. 

Bu sözünün etimoloji mənası çoxdan köhnəlib bizdə, dilin leksik fondundan da bəlkə silinib. Vəzifə deyəndə biz öhdəmizə qoyulan hər hansı bir yük, borc, iş yox, fürsət, maddi və “mənəvi” zənginlik mənbəyi başa düşürük. Yəni necə deyərlər genetik irsimiz mental sistemimizə bu mənaları yükləyib.

İndi ki, biz bu keyfiyyətimizə, daha doğrusu keyfiyyətsizliyimizə müəyyən mənada bələdik bunun qarşısını milli, hətta siyasi-ideoloji səviyyədə almaq mexanizmlərini düşünmək olmazmı?! Elə etmək olmazmı ki, buna qanunvericilik səviyyəsində son qoyulsun?!

Paralel.az

0.017348051071167