USQ-nin əks-hucumu

USQ-nin əks-hucumu
 

Yaşar Nəzərov 

Ukrayna ordusu bütün cəbhələrdə əks-hucuma keçiblər. Xüsusilə Xerson şəhəri istiqamətində uğurlu hücumu ruslara böyük sarsıdıcı zərbələr endirməklə, onları miskin panikaya salıb. Ruslar Xersondan qaçanda qarətləri ilə ələ keçirdikləri məişət qənimətlərini yaddan çıxarmır. Elə əsgərlər Krıma qaçmaqla xilas olmağa çalışır.

Dnepr çayının sağ və sol sahillərini Xersonda birləşdirən böyük Antonov körpüsü Ukrayna partizanları tərəfindən partladılmışdır. Eyni zamanda ruslara da ehtiyat canlı qüvvələrin və köməkçi sursatların gəlməsinin qarşısı alınmışdır.

Xerson ətrafında da yaşayış məntəqələrinin azad olunmasında Ukrayna partizanları müstəsna döyüşlər keçirmişlər. Sonra isə Xerson döyüşlərini uğurla başa çatdırmağı Ukrayna xüsusi təyinatlılarına təhvil vermişlər. Xersonun azad olunması an məsələsidir.
Bu arada Ukrayna ordusu öz taktiki məzhəkələrini də göstərir. Döyüşün önəmli yerlərində XİMARS raket siateminin qurulmuş maketinə ruslar onadək "kalibr" işlədiblər.

Amma Ukrayna ordusu daha güclü və keyfiyyətli silahları ağıllı işlədərək sərrast zərbələr endirir. Bu əks-hücumlarla artıq Ukrayna ordusu döyüşlərdə dönüş yaradaraq müharibədəki vəziyyətə tam nəzarət edir.
Tezliklə Ukrayna ordusunun Krım da daxil olmaqla bütün işğal edilmiş torpaqları azad etməklə, böyük və şanlı zəfər qazanmaqla, bütün dünyanı Putin faşizmindən qoruyacaq!      Uğurlar Ukrayna!

P.S Rusiya arsenalında olan bütün qüvvələrini səfərbər edərək cəbhə boyu hucuma keçməklə, risqə gedir. Ukrayna Ordusu isə nəinki onu dəf edər, hətta qələbə əzmini daha da artırır.

Paralel.az

0.01860785484314