Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
 

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

"Paralel.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılır.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Telefon danışıqları zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

0.02094292640686