Azərbaycan xüsusi xidməti Ermənistanın Viva MTC mobil operatorunun nömrələrindən istifadə edirmiş 

Azərbaycan xüsusi xidməti Ermənistanın Viva MTC mobil operatorunun nömrələrindən istifadə edirmiş 
 

 

Osman Gündüz:

Ermənistanın ən böyük mobil operatoru yenidən  ciddi tənqidlərlə üzləşib.

Ermənistanın "Joxovurd" qəzeti yenidən Viva MTC operatorunu mobil nömrələri Azərbaycan xüsusi xidmət orqanlarına və Azərbaycan vətəndaşlarına satmaqda ittiham edib. 

Səhmləri Rusiyaya məxsus olan, Ermənistanın ən böyük mobil operatoru olan Viva MTS isə yazılanları təkzib edir. 

Ermənistan xüsusi xidməti də qəzetin iddiasının doğru olmadığını, mobil nömrələrin Azərbaycan pastortu olan şəxslərə satılmadığını və ya hansısa kiber hücumla ələ keçirilmədiyini bildirib.

Xatırladıram ki, ötən illər də bu tip iddialar Ermənistan mətbuatında yer almışdı. 

O zaman Ermənistan Təhlükəsizlik Xidməti  Azərbaycan tərəfindən aparılan bu tip fəaliyyətin üstünün açıldığını bildirmişdi. 

İndi isə Viva MTC cəmi iki mobil nömrənin sosioloji sorğu keçirən hansısa şirkətlərə satıldığını bildirib.

Hansı ki, qəzet iddia edir ki məhz bu nömrələrlə Ermənistan vətəndaşlarına  zənglər edilib, onlarla  Ermənistanda və orduda olan vəziyyətlə bağlı sorğular aparılıb.

Qəzet Azərbaycan xüsusi xidmətini Ermənistanın mobil  operatorlarına  məxsus telefonlardan istifadə etməklə bu ölkəyə qarşı "şpionajlıqda" ittiham edib.

Paralel.az

0.013025999069214