Laçın Beynəlxalq Hava Limanı belə olacaq - VİDEO

Laçın Beynəlxalq Hava Limanı belə olacaq - VİDEO
 

Sosial şəbəkələrdə Laçın rayonunda tikilən yeni hava limanının maketinin görüntüləri yayılıb. Paylaşılan fotolarda hava limanının dispetçer qülləsi, əsas terminal binası, dayanacaq və uçuş-enmə zolağının necə olacağı görünür. Yol hərəkəti üzrə ekspertlər bildirirlər ki, tikintisi davam etdirilən Laçın aeroportunun ölkəmiz üçün mühüm əhəmiyyəti var.

Tikintisi sürətlə aparılan Laçın Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hava limanında saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, sözügedən hava limanının ölkəmiz üçün böyük əhəmiyyətə malik olacaq.

Laçında tikiləcək aeroport həm də strateji cəhətdən vacibdir. Ekspertin sözlərinə görə, hava limanının inşası Laçın və Kəlbəcərin turistik potensialından geniş istifadə olunmasına imkan vərəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da qoyulub və tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

 

0.015038967132568