Binəqədidə "BMW" ilə "priqazovka" edən sürücü həbs olundu - 20 gün - VİDEO

Binəqədidə
 

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub.

Bu barədə "Paralel.az"-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, 99-FA-703 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü Abdullazadə Heybət Həmid oğlu aşkarlanaraq 40-cı polis bölməsinə dəvət olunub.

Onun haqqında toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim edilib.

Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilib. Ona barəsində 20 gün müddətində inzibati həbs və 1 il sürücülük hüququndan məhrumetmə cəzası təyin olunub. 

Qeyd edək ki, sürücü avqustun 16-da adıçəkilən ərazidə avtomobilin təkərlərini asfalta sürtməklə müxtəlif avtoxuliqanlıq hərəkətləri etmişdi. 

Fərid 

0.030572175979614