Bayden Zelenskiylə telefonla danışdı - YENİLƏNİB

Bayden Zelenskiylə telefonla danışdı - YENİLƏNİB
 

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım tranşını müzakirə edib.

"Paralel.az" “RBC-Ukrayna”ya  istinad edərək xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

Ağ ev rəsmisi bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.

21:24

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski bu gün telefonla danışıblar.

"Paralel.az" xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayıb.

"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski deyib. 

Həmin vaxta qədər iki dövlətin liderləri arasında iyunun 15-də telefon danışığı olub.

0.02222204208374