FHN-nin intim videosu yayılan qadın əməkdaşı intihara cəhd etdi – “Uşağını əlindən alıblar…”

FHN-nin intim videosu yayılan qadın əməkdaşı intihara cəhd etdi – “Uşağını əlindən alıblar…”
 

Fövqaladə Hallar Nazirliyinin intim görüntüləri yayılan qadın əməkdaşlarından yeni xəbər var.

"Paralel.az" xəbər verir ki, redaktor.az-a etibarlı mənbədən daxil olan məlumata görə, intim videolarda görüntülənən uniformadakı qadınlardan biri, Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi polkovnik Zaur Mirzəyevə kabinetində çılpaq şəkillər çəkib yollayan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kadrlar şöbəsinin Aytəkin adlı inspektoru yuyucu vasitə olan “Domestos” içərək intihar etmək istəyib. Qadın sağ qalsa da, səs telləri və mədəsinin yandığı bildirilir.

Qadın hazırda müalicə olunur. Məlumatda, həmçinin o da vurğulanır ki, intim videolardakı digər uniformalı qadın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məxfi şöbəsinin rəisi, mayor Aytən Nəsirovanın həyat yoldaşı və qardaşı da həmin idarədə işləyirmişlər, onların hər ikisi biabırçı hadisədən sonra ərizə yazıb işdən çıxıblar. Aytən Nəsirovanın uzun illərdən sonra dünyaya gətidiyi yeganə azyaşlı qızının yoldaşı tərəfindən ondan alındığı deyilir.

0.016602039337158