Ermənilərin tərk etdiyi Laçın, Zabux və Susdan son görüntülər - Reportaj+Video
Ermənilər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən artıq tamamilə çıxıblar.
Teleqraf.com "AzadlıqRadiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, əhali artıq Laçının mərkəzini, Zabux və Sus kəndlərini tərk ediblər. Zabuxda müəllimə işləyən Qayane İsaxanyan bildirib ki, onlar kənddən ötən çərşənbə günü çıxıblar: "Kənddən çıxandan sonra qayıdıb bir-iki gün orada qalmaq, kəndlə vidalaşmaq istədik. Lakin bizə bildirdilər ki, artıq geri qayıda bilmərik. Kənddə işıq, qaz, su, internet - bütün əlaqələr demək olar ki kəsilmişdi. Biz kəndə indi ancaq yuxarıdan baxa bilərik. Yollar bağlıdır..."
Radionun reportajında qeyd edilir ki, Laçında sonradan qoyulmuş sonuncu erməni abidəsi də artıq götürülüb. Buradan köçürülən əhali Zabuxla həmsərhəd olan Tex və Ermənistanın digər yaşayış məntəqələrində məskunlaşıblar.