Siracəddin Hacı : Krım platformasında iştirak etməmək yanlış addımdır
Azərbaycan hakimiyyəti yenə Krım platformasında iştirak etmədi, bu səbəblərə görə yanlış addım atdı:
- Rusiya imperiyanın bərpası üçün Ukraynanı işğal etməyə çalışır;
- Ukrayna işğal olunsa, Azərbaycan da işğal olunacaq;
- Rusiyanın məğlub olması Azərbaycanın milli maraqlarına uyğundur;
- Krımı da, Qarabağı da işğal edən Rusiyadır;
- Rusiya zəifləsə, işğalçı rus ordusunu Qarabağdan çıxartmaq imkanı artacaq;
- Ukraynaya yardım etmək bu ölkələri dəstəkləyəndövlətlərlə bir sırada dayanmaqdır, beynəlxalq hüququ qorumaqdır, müttəfiqlərin sayını artırmaq imkanıdır;
- Biz Krım platformasında iştirak etsək, Rusiya Ermənistanı dəstəkləyər tezisi əsassızdır, birincisi, bu iki dövlət ənənəvi müttəfiqdir, ikincisi, indi Azərbaycan Rusiyadan deyil, Rusiya Azərbaycandan asılıdır;
MÜSTƏQİLLİK GÜNÜN, AZAD YAŞAMAQİRADƏN, İŞĞALA QARŞI DİRƏNİŞİN MÜBARƏK OLSUN, CƏSUR UKRAYNA!
Paralel.az