Ukraynadakı bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq…” - Andrey Piontkovski 

“Ukraynadakı bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq…” - Andrey Piontkovski 
 

Rusiyada diktator Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xersonu işğalçılardan azad etmək və Krım körpüsünü dağıtmaq lazımdır.

"Paralel.az" xəbər verir ki, bu fikri Dmitri Qordona müsahibəsində ABŞ-da yaşayan rusiyalı publisist Andrey Piontkovski deyib.

 “Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Onun kimilər –  bunkerdə olanlar hakimiyyətə gələcək . Amma bu əclaflar reallıqla hesablaşmalı olacaqlar və  Qərbin hansısa danışıqlara yalnız Rusiya qoşunları fevralın 23-dəki mövqelərə çəkilməsindən sonra başlanıla biləcəyi haqda təklifini ciddi qəbul edəcəklər. Daha sonra isə Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlara başlanılacaq”, – deyə müxalif rus siyasətçi izah edib.

Onun sözlərinə görə, yalnız ABŞ Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllinə və Xersonu azad etməyə kömək edə bilər. O, hesab edir ki,  bunun üçün daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və “HIMARS” qurğularına ehtiyac var.

 “Əgər buna sabahdan enerjili şəkildə başlansa, həmin tədarüklər hərbi əməliyyatların yay-payız dövrü üçün vaxtında həyata keçirilə bilər”- deyə Piontkovski əlavə edib

 Qeyd edək ki, Ukrayna Prezidenti Ofisinin müşaviri sayılan Aleksey Aretoviç hesab edir ki, hazırda Ukrayna ordusunun Krım körpüsünə zərbə endirmək perspektivi yoxdur…Moderator.az

 

0.018831968307495