Rusiya bugün Ukraynaya qarşı genişmiqyaslı raket hücumuna keçə bilər – Açıqlama

Rusiya bugün Ukraynaya qarşı genişmiqyaslı raket hücumuna keçə bilər – Açıqlama
 

Rusiya Qara dənizdə “Kalibr” raketlərilə təchiz edilmiş gəmilərinin sayını artırıb. ABŞ kəşfiyyatının məlumatına görə, əsas məqsəd Ukraynanın infrastrukturunu kütləvi şəkildə raket atəşinə tutmaqdır.

Digər tərəfdən Ukrayna prezidenti Zelenski də Rusiyanın növbəti hərbi cinayəti barədə xəbərdarlıq edib.

"Paralel.az" xəbər verir ki, bununla bağlı danışan politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, avqustun 24-də Ukraynanın müstəqillik bayramıdır və bundan istifadə edən Moskvanın genişmiqyaslı raket hücumu istisna deyil:
 
“Rusiya bayramla  əlaqədar Kiyev küçələrində sərgilənən vurulmuş silahlılarının görüntüsünü hərbi arsenalının reytinqinə mənfi təsir edəcəyindən qəzəblidir. Digər tərəfdən Ukraynanın raket zərbələri onun  üstünlüyünü bərpa edir və danışıqlar prosesindən geri çəkilir.

Moskva isə raket hücumu ilə Ukraynanın hücumlarını dayandırmasını və danışıqlarda atəşkəs razılaşmasına getməsini hədəfləyir. Bu ölkə çalışır ki, indiki status-kvo ilə atəşkəsə nail olsun.

Payızda Zaparoji, Xersonda referendum keçirməklə bu ərazilərin ilhaqını reallaşdırsın yaxud qondarma bir rejim yaratsın”.
Politoloq qeyd edib ki,  artıq Rusiyanın Ukraynanın mərkəzi hissələrinə quru əməliyyatları nəticəsiz qalır:
 
“Rusiya hazırkı statusla mövqeyini qoruyub saxlayaraq atəşkəsə nail olub, Ukraynada qalib gəldiyini daxili auditoriya üçün elan etmək istəyir. Bu isə Putinin reytinqinin qorunub saxlanılmasına hesablanıb.

Müharibənin davam etməsi Rusiyanın itkilərini artırır və  daxili siyasi böhrana gətirib çıxarır. Ona görə də Moskva növbəti dəfə Ukraynanı genişmiqyaslı raket atəşinə tutmaqla, planını reallaşdırmağa çalışacaq. Amma, Ukraynanın Kremlin şərtlərilə atəşkəsə  getməyəcək  və müharibənin daha da dağıdıcı olacağı gözlənilir.

Ukraynanın Rusiyanın raket zərbələrinə cavabı əsasən, onun ərazisində infrastrukturların  hədəfə alınması ilə nəticələnəcək. Baş verənlər bütövlükdə Moskvanın əleyhinə işləyir. Rusiya “Ukrayna bataqlığı”nda ilişib qalıb”.

0.015218019485474