Qarşıda Putini şok gözləyir...” - Müharibədə rollar dəyişir

“Qarşıda Putini şok gözləyir...” - Müharibədə rollar dəyişir
 

“Krım körpüsünün dağıdılması və ruslar tərəfindən işğal olunmuş Xersonun azad edilməsi Putin rejiminə ölümcül psixoloji zərbə vuracaq”.

“Paralel.az” xəbər veri ki, bunu tanınmış rusiyalı politoloq və publisist Andrey Piontovski “Kanal 24”-ün efirində deyib.

 

O, ABŞ Administrasiyasından Ukraynaya hərbi yardımların artırılmasını tələb edən analitiklərin məktubunu xatırladıb: “Bu məktubda onlar tələb ediblər ki, ABŞ təcili şəkildə Ukraynaya HIMARS raketlərini və NASAMS sistemlərini göndərməlidir ki, Ukrayna ordusu cəbhədə Putin rejiminə ölümcül zərbələr vura bilsin. Məsələn, Krım körpüsünün dağıdılması və Xersonun azad edilməsi kimi. Bu hücum həm rus xalqında həm də bunkerdə gizlənən Putində şok effekti yaradacaq. Düşünürəm ki, Putin bu ağır fəlakətdən sağ çıxa bilməyəcək”.

Onun fikrincə, Ukrayna bu zərbəni sentyabrda endirə bilər: “Əgər, bu baş verməsə müharibə soyuq qış aylarında da davam etsə onda Ukrayna xalqının əzab-əziyyətli günləri daha altı ay uzanmalı olacaq”.

 

Siyasi şərhçi Kənan Novruzov isə sfera.az-a açıqlamasında bildirib ki, Ukraynada davam edən müharibədə Rusiyanın əsas təminatı məhz Krımdan gəlir:  "Elə buna görə də Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl bildirmişdi ki, Krımı Ukraynaya birləşdirən Kerç körpüsü qanunsuz tikilib və dağıdılmalıdır”.

O, Ukrayna rəsmilərinin son vaxtlar Qərbin silah tədarükündən gileylənmədiklərini vurğulayıb: “Görünür, ABŞ və müttəfiqləri Kiyevə lazım olan silahları, o cümlədən uzaqmənzilli raketləri verir. Əlbəttə, həmin silahlar arasında “HIMARS” raketləri xüsusi rol oynayır. 

Ukrayna Prezidenti Volodimir Zelenskinin inamlı çıxışları da göstərir ki, silah tədarükündə problem yoxdur. Krımın işğaldan azad olunması Ukrayna üçün həm də psixoloji üstünlük olacaq. Rusiya tərəfi isə bundan sonra, əksinə, ruhdan düşəcək. Beləliklə, əvvəl də dediyimiz kimi, Krımın azad olunmasının strateji və psixoloji üstünlüyü var. Yarımadada partlayışların davam edəcəyi istisna deyil. Rusiya, yəqin ki, buna adekvat cavab verməyə çalışacaq”.

Ekspert qeyd edib ki, əgər Krımda oxşar hadisələr təkrarlanarsa, yaxın həftələrdə rusiyalı əhalinin tədricən oradan çıxacağı istisna deyil: “Hərbi obyektlərin vurulması Rusiya üçün ciddi zərbədir. Yaxın gələcəkdə Kerç körpüsünün vurulması da gözləniləndir. Doğrudur, Rusiya adekvat cavab tədbirləri nəticəsində gərginlik arta bilər. Amma fikrimcə, artıq həlledici mərhələ başlayacaq”.

Xatırladaq ki, ötən gün ABŞ Ukraynaya göndəriləcək yeni hərbi yardım paketi ilə bağlı məlumat verib. Bu paketə HIMARS, HARM raketləri, eləcə də NASAMS hava hücumundan müdafiə sistemlərinin daxil olduğu bildirilib.

 

0.015414953231812