Bizə qaval daşı yox, onun sirri lazımdır!

Bizə qaval daşı yox, onun sirri lazımdır!
 

Polşa hökümətinin layihəsi maraqlı gəldi. Belə ki Polşa hökümətinin "Polyaklar qayıdır"  (Polish returns programme) adlı proqramında dünyanın müxtəlif yerlərində çalışan alimləri cəlb etməklə yeni elmi inkişaf mərhələsini uğurla inkişaf etdirirlər. Müsbət nəticələr də var... 
Digər model olaraq Qazaxıstan hökümətinin illərdir həyata keçirdiyi təhsil siyasəti öz bəhrəsini ciddi şəkildə verir.
QS World University Ranking üzrə (2020-2023)
Qazax universitetlərinin inkişaf mərhələsi (illər üzrə)
2020- 10 Universitet
Yerlər: 207-1000 aralığında ❗️
2021- 10 Universitet
Yerlər: 165-1000 aralığında ❗️
2022- 10 Universitet
Yerlər: 175-1000 aralığında ❗️
2023- 16 Universitet
Yerlər: 175-1000 aralığında ❗️
Azərbaycan Universitetləri Inkişaf mərhələsi (illər üzrə)
2020- 2 Universitet
Yerlər: 801-1000 aralığında ❗️
2021- 2 Universitet
Yerlər: 1001+ aralığında ❗️ (Yalnız il dəyişir)
2022- 2 Universitet
Yerlər: 1001+ aralığında ❗️ (Yalnız il dəyişir)
2023- 2 Universitet
Yerlər: 1001+ aralığında ❗️ (Yalnız il dəyişir)
İndi AMEA-da köklü islahatlar prosesi başlayıb. Amma bundan sonra nə dəyişəcək? Düşünmürəm. Ciddi maliyyə vəsaiti, strategiya və dayanıqlılıq olmadan bu iş inkişaf etməyəcək və 3-5 ildən sonra yenə başlayacağıq yazıb -pozmağa.

Paralel.az

0.019025087356567