Təhsilin mövcud problemlərindən....

Təhsilin mövcud problemlərindən....
 

Ped.ü.f.d. Vüsal Kərimli

Bəlkə də sadə bir məsələ kimi görünə bilər amma.....

Bir çox Ali Təhsil Müəssisələrində (dövlət, publik və özəl) çalışan əməkdaşların (inzibati, professor-müəllim heyəti) korporativ (yə[email protected] ) prefiksli emailləri yoxdur və ya.....@gmail/yahoo/mail/rambler.com/ru prefiksli emailləri istifadə edir və həmin e-maillər saytlarında acıq qoyurlar?  Bunun anlamı nədir deyə bilərsiniz?

Səbəbləri...

1. Universitet hələ korperativ müəssisə kimi formalaşmayıb;

2. Əməkdaşlarına inam yoxdur;

3. Əməkdaşlar outlook sistemindən istifadə edə bilmirlər;

4. Partnyor Universitetlər onlara qeyri-ciddi universitet kimi baxır;

5. Serverləri yoxdur və ya tutumu azdır;

6. Keyfiyyətli sistem qura bilməyiblər və sairə...

Yeri qəlmişkən, deməli COVİD-19 pandemiyası dövründə Microsoft şirkəti Teams platformasından istifadəni ödənişsiz etdi, sağ olsunlar. Bütün universitetlər bu platformadan geniş istifadə etdilər və bununla da asılı vəziyyətə düşdük. Bir gün şirkət ödənişli plana keçsə o zaman nə baş verəcək?! Universitetlər bu vəsaiti ödəmək durumunda qalacaq! Yenə itirəcəyik. Niyə bugünə kimi ölkəmizdə bu tipli İKT platforması hazırlamayıb?

Bu siyahıya hətta Azərbaycan Respublikası Milli Məclisin elm və təhsil komitəsinin üzvlərinin də adlarını əlavə edə bilərik. Görəsən meclis.gov.az saytının serverinin tutumu azdır deyə deputatlara yer ayıra bilmirlər? Axı sizlər eyni zamanda alimsiniz!

Paralel.az

0.088818073272705