Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasını kimlərlə icra edəcəyik? II Yazı
Ped. üzrə fəlsəfə dok. Vüsal Kərimli
Bildiyiniz kimi Azərbaycan Respublikası Milli Məclisin Elm vətəhsil komitəsinin üzvləri elm adamlarıdır. Baxaq görək bizim əvəzimizə Milli Məclisdə Elm və təhsil siyasətimizi hansı elmi-tədqiqatlara əsaslanan alimlər icra edir, yol xəritəsi təklif edir və ya hazırlayırlar? İllərdir Elmin bu səviyyədə olmasında günahın bir hissəsi bu komutənin üzvlərinin üzərinə düşür və onlar buna görə məsuliyyət daşıyırlar. Və qeyd etmək olar ki: Qanunlar yazılmamışdan öncə diqqətlə yerli mühitə uyğunlaşdırılmalı, iqtisadi və mədəni dəyərlər nəzərə alınmalıdır.
Milli Məclis Elm və təhsil komitəsi bu işə öz töhvəsini veribdirmi? Niyə sual verirəm?
SWOT təhlilə Google Scholar, ResechGate və Scopus/WEB OF SCIENCE) üzrə H (hirş) indekslərinin nəticələrini aşağdakı kimi vermək istədim. (Ən son məqalə çap olunan il)
Qeyd: Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, PərvinKərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva və Şahin Seyidzadədir. Baxaq görək deputat alimlərimiz elmlə məşğul olurlarmı?
Komutənin sədri: Prof. Bəxtiryar Əliyevin elmi aktivliyi aşağıdakı kimidir.
Google Scholar hesabı: 2019-dan bəri məqalə çap edilməyib. H (hirş) 3
ResearchGate hesabı: Tapılmadı
Scopus: 1 məqalə
Clarivate: Tapılmadı
Komutənin üzvü: Milli Elmlər Akademiyasının vitse-prezidenti, Prof. İsa Həbibbəylinin elmi aktivliyi aşağıdakı kimidir.
Google Scholar hesabı: Tapılmadı
ResearchGate hesabı: Tapılmadı
Scopus: Tapılmadı
Clarivate: Tapılmadı
Komutənin üzvü: Prof. Musa Qasımlı
Google Scholar hesabı: son nəşr 2022. H (hirş) index-i 8
ResearchGate hesabı: Tapılmadı
Scopus: Tapılmadı
Clarivate: Tapılmadı
Komitənin üzvü: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor.Eldar Quliyev
Google Scholar hesabı: Tapılmadı
ResearchGate hesabı: Tapılmadı
Scopus: Tapılmadı
Clarivate: Tapılmadı
*Qeyd: CV-ə görə müəllimin cəmi 5 məqaləsi var. (1. Müasir dövrdəxarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011. 2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012. 3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərsvəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013. 4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015. 5. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” – monoqrafiya, Almaniya, Cologne, 2017.)
Komitənin üzvü: VI çağırış Milli Məclisinin Şamaxıdan seçiləndeputat, Ailə, qadın və uşaq məsələləri və Elm və təhsil komitələrinin üzvü: Yox hələ bitmədi) Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur. Dos. Tamam Cəfərova (buqədər işi nəcə çatdırır vallah adam məhəttəl qalır)
Google Scholar hesabı: Tapılmadı
ResearchGate hesabı: Tapılmadı
Scopus: Tapılmadı
Clarivate: Tapılmadı
Qeyd: Araşdırma etdiyim şəxslər yuxarıda göstərilən bazalarda ya adlarını tam başqa formada qeyd ediblər və ya doğrudan da yoxdur. Məsuliyyət özlərinindir.
Paralel.az