"Kapital Bank" vətəndaşı ALDADIR?
"Şikayətim "Kapital Bank"dandır. Bu gün (dünən -dia) mənə "Kapital Bank" vasitəsilə zəng edib bildirirlər ki, kartım bloka düşüb, 2 manat çıxmaq istəyirlər ki, problemi həll etsinlər". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Dinara Əliyeva adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Kart məndə, kartın mobil tətbiqi məndə, son 1 həftə ərzində kartı istifadə etməmişəm və tətbiqdə də hər hansı cəhd göstərilmir.
Bankın əməkdaşından bunun necə ola biləcəyini soruşuram, amma mənə "bilmirəm" - deyərək cavab verir.
Belə problemlərə görə artıq uzun müddət idi ki, "Kapital kart"ımı istifadə etmirdim, təzəlikcə maaş kartım bu banka aid olduğuna görə məcbur istifadə etməli oldum. Amma belə olması nə deməkdir?"