Elmə gəl-gəl deyən çox olar, maliyyə qoyan az

Elmə gəl-gəl deyən çox olar, maliyyə qoyan az
 

 

 

Dosent İlham Əhmədov:

"Son günlər sosial şəbəkələrdə və bəzi saytlarda H (hirş) indeksinə görə dünyanın ən yaxşı tədqiqatçı universitetləri və alimləri barədə, bu əsasda reytinqlənmə barədə məqalələr dərc edilir. Belə reytinqləmə, Təhsil eksperti Vüsal Kərimlinin qaldırdığı məsələlər  universitetlərimizdə elm və təhsilin inkişafı baxımından aktualdır.  V. Kərimli qeyd edir ki,  dünya üzrə 15.939 Universitetdən 1.037.825 alim arasında (sitatlara görə) Cənubi Koreyalı HJ Kim-dir. Bu reytinqləmə   Google Scholar  məlumatları əsasında aparılıb.  Burada impakt faktorlu jurnallarda dərc edilən məqalələr və onlardan gətirilən sitat sayları əsas götürülür.  Azərbaycan bu sıralamada 315 alimlə 64355-1036896 yerləri paylaşır.

ETN  qurum olaraq həmişə deyir ki, bizə ideya verin, qalanı bizlikdir. Biz də öz növbəmizdə daha bir ideya vermək istəyirik: hər universitet öz əməkdaşlarının yüksək reytinqli jurnallarda məqalələrinin çapını stimullaşdırmaq üçün bu məqalələrin nəşr xərclərini öz üzərinə götürsün. Hər dərc edilən məqaləyə görə  müəllifə də heç olmasa 1 aylıq maaş həcmində (ya da ortyalama bir məbləğ, məsələn 1-2 min manat) mükafat verilsin. Bizim ölkədə UNEC -də buna bənzər  təcrübə var.  Əgər Universitetlərin buna maddi imkanı yoxdursa, onda  nazirlik öz nəznində yeni bir fond- “Elm inkişaf fondu” yaratsın, o fonddan da  bu  işləri maliyyələşdirsin. Təhsilin büdcəsi indi 4 milliyar  manata yaxındır, heç xərcləməyə səbəb də tapa bilmirlər,  ona görə çox vaxt elm və təhsilə aidiyyatı  olmayan məsələrə pullar israf edirlər. Elmin inkişafı üçün belə fondun yaranması yaxşı olardı. Bəlkə ETN-də düşünürlər ki, ki, 300-400 $ maaş  alan alimlə, Avropada ya C. Koreyada 4000-8000 $ maaş alan alimin məhsuldarlığı eynidir?  ETN inkişaf istəyirsə, yeni ideyalara açıq olmalı və onları həvəslə maliyyələşdirməlidir. TN-nin 30 il ərzində elm və təhsilə  arxaik yanaşmasından imtina etməli, yeni  qurumu yeni yanaşma və yeni ideyalarla idarə etməlidir. Bazar iqtisadiyyatı  şəraitində  maliyyələşməyən ideyalar elə ideya olaraq da qalacaqdır. Əgər ideyalar qəbul edilsə və şəffaf maliyyələşsə, onda inkişafa ümid  yarana bilər.   Bu halda mütəxəssislər də ideya və təkliflər  verməyə matraqlı olarlar. Yoxsa, hər şey əvvəlki qayda ilə olarsa, hətta C. Koreya və Çindən də alim gətirsək bura və ona 400 $ maaş versək, 1 aydan sonra burdan qaçarlar. Deyərlər ki, "analoqsuz inkişaf edən ölkədə  elmə gəl-gəl deyən çox olur, elmə maliyyə qoyan az olur. Heç belə də inkişaf olar? ".

Paralel.az

0.017439126968384