Ruslar separatçıların jurnalistlərini Zabuxa buraxmayıb – VİDEO

Ruslar separatçıların jurnalistlərini Zabuxa buraxmayıb – VİDEO
 

Rusiya sülhməramlıları “Arsax”ın (Qarabağdakı qondarma rejim)  ictimai televiziyasının çəkiliş qrupunu Laçın rayonunun Zabux kəndinə buraxmayıb.

"Paralel.az" xəbər verir ki, bununla bağlı görüntülər “Armenia Life” Telegram kanalında yer alıb.

Videoda çəkiliş qrupunun maşını kəndin girəcəyində saxlanılır. Jurnalist qız isə məcbur qalaraq qanunsuz şəkildə ərazidə yaşayan ermənidən kəndin kənarında müsahibə alır.

Xatırladaq ki, bir neçə gün əvvəl Rus

iyanın sülhməramlı kontingentinin ciddi nəzarəti altında “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev Zabux və Laçında çəkiliş aparıb. 

 

0.045081853866577