Dəhşətli qəza- 15 ölü, 22 yaralı

Dəhşətli qəza- 15 ölü, 22 yaralı
 

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 "Paralel.az"  “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda baş verib.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisədə 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib. Həlak olanlardan  2-si jurnalistdir.

 

0.01430082321167