Ukrayna Müstəqillik Günündə qənimət Rusiya texnikasını nümayiş etdirməyə hazırlaşır - 24 avqustda

Ukrayna Müstəqillik Günündə qənimət Rusiya texnikasını nümayiş etdirməyə hazırlaşır - 24 avqustda
 

Ukraynaya qarşı işğalçılıq müharibəsinin 6-cı ayında Rəsmi Kiyev paytaxtda məhv edilmiş Rusiya hərbi texnikasının paradını hazırlayır.

“Paralel.az” xəbər verir ki, artıq paytaxt Kiyevin mərkəzindəki məşhur Kreşatik küçəsinə vurulmuş rus hərbi texnikası – tanklar, hərbi avtomobillər və s. daşınır.

Müşahidəçilər hesab edirlər ki, bu tədbir qarşıdan gələn 24 avqust - Ukraynanın Müstəqilliyi Günü münasibətilə təşkil olunur.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı işğalın ilk günlərində Kiyevi ələ keçirdikdən sonra paytaxtda hərbi parad keçirməyi planlaşdırırdı.

Hətta məhv edilən rus hərbi maşınlarında hərbçilərin parad geyimləri də aşkarlanmışdı. Lakin Rusiyanın dediyi olmadı və bugünkü mənzərə Kremlin arzuları ilə tam tərs mütənasiblik təşkil edir. Bu mənzərəni isə Rusiya rəhbərliyi ən dəhşətli yuxusunda belə görəcəyini təsəvvür etmirdi...

0.01760196685791