"Undan qazanc, yumurtadan "yun qırxanlar"": - Tapdıq Abbas yazır

 

Azərbaycanda Xalqın durumu çox ağırdır. Bunun səbəbi hakimiyyətə soxulub, xalqa divan tutan "5-ci kalon" üzvü olan məmurlar, klanlar, oliqarxlar, bir sözlə, xalqa məxsus olan hər şeyi, hətta dövləti də özünün şəxsi mülküyyətinə çevirən məmurlardır.

Ölkə prezidenti bu tip məmurları sıradan çıxarmaq üçün artıq xeyli vaxtdır ölkədə struktur və kadr islahatları həyata keçirir, rüşvət və korrupsiya ilə dövlətə və xalqa ziyan vuranlara qarşı çox kəskin tədbirlər görür, lakin vəziyyət düzəlmir ki, düzəlmir!

Ona görə də Azərbaycan dünyada əcnəbilər üçün cənnət, yerli xalq üçün cəhənnəmə çevrilmiş, qeyri-adi ölkə kimi tanınır. Məmurların rüşvətlə, korrupsia ilə məşğul olan əlindən, pis əməlindən Xalqın ayağı yer tutan qismi ölkədən qaçıb, xarici ölkələrdə, zülm ilə olsa da, bir tikə çörək tapıb yeyir.

Amma qocaların, uşaqların, əlillərin ölkədən qaçmağa imkanı yoxdur deyə, yumurtadan yun qırxan, acgöz, namus, şərəf və ləyaqətdən imtina etmiş, haram yeməklə, FHN-də baş verən biyabırçılıq kimi, dövlət qurumunda iş otaqlarını "SEKS PRİTON"a çevirmiş məmurların zülmü altında əzab çəkirlər.

Dünyada böhran gözlənilir, qıtlıq olacaq, insanlar aclıqdan öləcəklər ehtimallarından bəhs olunmağa başlayan kimi, artıq Azərbaycanda tamahı "Murtuz Əli qılıncından iti" olan sahibkar - məmurlar, biznesmen - hökumət iynə - sapdan tutmuş, bütün ərzaq və gündəlik təlabat mallarının, hər şeyin qiymətini, hətta 80 faizi çörək və yumurta ilə qidalanan kasıb xalqın yeganə qida mənbəyini də bahalaşdırıb.

Baxın, dünən qiyməti 28 manat olan un kisəsinin, o da tapılsa, hazırda 45-48 manata, 19-20 qəpiyə olan yumurtanın qiymətisə 25-30 qəpiyə niyə və nə üçün qalxıb?! BMT dünyada buğdanın qiymətinin 8% ucuzlaşdığını bildirir, amma Azərbaycanda un kisəsi 28 mabatdan 48 manata qalxır?! Yaxşı, ölkəni idarə edənlərdən soruşuram, siz deyin, 180-300 manat pensiya alan milyonlarla insan hər gün yüksələn bu dəhşətli qiymətlər ilə necə yaşasın, cənablar?!

Yəni rüşvət, korrupsiya və digər əyri yollarla dövləti və xalqı talayan quldur məmurların gözü doymaq bilmir, indi də yumurtadan yun qırxmaqla, unun kisəsini ikiqat bahalaşdırmaqla milləti məhv etməyə girişiblər! Bu yerdə el arasında deyirlər: "gedin, başınıza çarə qılın, binəva kasıb xalq"!..

Xalq isə ümidini Allaha, gözünü Ölkə Prezidentinə dikib...

0.016049146652222