Armen Qriqoryanın açıqlaması göstərir ki, Ermənistan tərəfi Azərbaycanın etdiyi xəbərdarlıqları ciddi qəbul edir və Qarabağda yerləşən hərbçiləri rəsmi olaraq çıxaracaqlar. Ancaq hesab edirəm ki, onlar qeyri-rəsmi bunu artıq çoxdan tətbiq edirlər.
Bunu "Paralel.az"-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, könüllülər gedib dırnaqarası qurumun ordusunda xidmət edirlər: “Problem ondadır ki, onların əhalisinin sayının ciddi şəkildə azalması nəticəsində bundan əvvəl də şikayət edirdilər. Deyirdilər ki, orada postlarda durmağa bizim hərbçilər çatışmır. İndi istisna etmirəm ki, sadəcə “kepka” dəyişdirəcəklər. Yəni, başqa formada orada qalmağa çalışacaqlar. Ancaq Qriqoryanın deməsinin digər məntiqinin davamı ondan ibarət olmalıdır ki, yaxşı, orada sülhməramlılar varsa, digər
digər ordunun olması kimə lazımdır?! Qeyri-konstutision birləşmələr birmənalı tərksilah olunmalıdır. Tərksilah olunma Azərbaycan dövlətinə reinteqrasiya prosesinin ilk şərtidir. Paralel olaraq orada Azərbaycan konstitusiyasına zidd qurumların qalması mümkün deyil. Hesab edirəm ki, ikinci mərhələdə buna aid də xəbərdarlıq alınandan sonra o proses də başlamalıdır”.
Tofiq Zülfüqarov hesab edir ki, bu prosesə nəzarət etmək üçün mütləq Laçında Azərbaycan sərhədlərinə daxil olma haqqında qanunun tələblərini tam icra etməlidirlər. Sərhəd qoşunları və gömrük xidməti tam həcmdə öz işlərini yerinə yetirməlidirlər. Ərazilərimizə hansısa formada erməni hərbçilərinin daxil olmasının qarşısı alınmalıdır”.