Azərbaycandan cinayət törədən 46 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

Azərbaycandan cinayət törədən 46 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA
 

İyulun 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 57-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən "Paralel.az"-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

0.023205041885376