Köçəryan Qarabağda hücum hazırlayır - ŞOK AÇIQLAMA

Köçəryan Qarabağda hücum hazırlayır - ŞOK AÇIQLAMA
 

Ermənistandakı revanşist qüvvələr sonuncu silahlarından istifadə etmək fikrinə gəlib. Onlar Ermənistan xalqına Qarabağı yenidən işğal edərək İrəvanın nəzarətinə keçirəcəklərinə söz veriblər.

"Paralel.az" xəbər verir ki, bu fikirlərlə məşhur erməni siyasətçi Tevos Arşakyan bildirib.

“Bu, həqiqətən də Köçəryanın sonuncu silahıdır. Revanşistlər elə düşünür ki, bunu söz verməklə onların ardınca gedəcək insanların sayı artacaq. Onlar hətta onu da bəyan edirlər ki, guya Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələrin üzvləri artıq hücum planının üzərində işləyir. Üzr istəyirəm, amma bizi axmaq yerinə qoymağa davam edir? Yoxsa Köçəryan elə düşünür ki, erməni xalqı onların yalanlarını unudub? Bəli, bəzi xüsusi hazırlıq keçmiş muzdlular pul naminə Qarabağda hücum hazırlaya bilər, amma sonradan bunun Ermənistan və tam olaraq bütün ermənilər üçün nə ilə nəticələnəcəyini düşünmək vacibdir.

Birincisi, yeni müharibə üçün bizim, sadəcə, gücümüz yoxdur. Bu bir faktdır!

İkincisi, bizə bunu Rusiya imkan verməyəcək. Qarabağdakı de-fakto yaranmış vəziyyət Moskvanı tam qane edir. Hətta Kremlin sevimlisi olan Köçəryana görə də Moskva Bakı və Ankara ilə əks düşərgədə olmayacaq. Bizə heç enerji asılılığından xilas olmağı prioritet sayan Qərb də kömək etməyəcək. Hazırda Qərb üçün də qazla zəngin Bakı qaranlıq tunelin sonundakı işiq rolunu oynayır”, - deyə erməni ekspert bildirib.//Axar.az

0.019484043121338