"Qarabağ” " Sürix"i məğlub etdi 3:2
"Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
"Paralel.az" xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.